Bir neçə il əvvəl Amerikaya köçən AiD ləqəbli məşhur reper Orxan Zeynallı Murad Arifin "Popumuz var" verilişinin qonağı olub.
Bu barədə müğənni və aparıcı Murad Arif sosial media hesablarında məlumat yayıb.
O bildirib ki, müəyyən səbəblərdən yutub kanalında yayımlanan verilişinə fasilə verməli olsa da, çəkilişlərə yenidən start verib. Murad Arif ilk qonağının Orxan Zeynallı olduğunun anonsunu da verib.
Orxan proqramda Azərbaycana həmişəlik qayıtması haqqında geniş açıqlama verəcək. (Publika.az)