"Hazırda Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır".
Musavat.com-un xəbərinə görə, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Ortaq Türk Dünyası Tarix Olimpiadasının mükafatlandırılma mərasimində bildirib.
O qeyd edib ki, Ortaq Türk Dünyasının əlifbası dərsliyi hazırlanacaq:"Ortaq türk coğrafiyası dərsliyinin hazırlanması istiqamətində işlər isə artıq yekunlaşmaq üzrədir".
Afaq Mirayiq,
Musavat.com