İstanbul orta məktəbdə 10 yaşlı qız həmyaşıdlarının zorakılığına məruz qalıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəbli dostları tərəfindən döyülən balaca qızın barmağı sınıb, saçları yolunub.
Hadisə zamanı qızı ilə telefonla danışdığı üçün övladının qışqırığını eşidən ana məktəb rəhbərliyinin hadisəni ört-basdır etməyə çalışdığını iddia edib.
Ö.M. hadisə baş verən zaman telefonla anasına zəng edərək "ana, gəl məni döyürlər" deyə ağlayıb. Qızının qışqırtısını telefonda eşidən ana Dəniz M. dərhal məktəbə gedib. Ananın tibb işçisi olduğu üçün qızına ilk tibbi yardımı özü edib. Daha sonra qızını xəstəxanaya aparan ana övladının döyülməsi ilə bağlı həkim rəyini alıb.
Hadisədən sonra qızını həmin məktəbdən çıxaran Dəniz M övladının psixologiyasının pozulduğunu, daima kabuslar gördüyünü bildirir.
Musavat.com