“Orta Asiya” ifadəsinin “Türküstan” olaraq dəyişdirilməsi qərarının geosiyasi əhəmiyyəti var” - Politoloq

“Türkiyə Təhsil Nazirliyinin “Orta Asiya” ifadəsinin “Türküstan” olaraq dəyişdirilməsinə yönəlik qərarı və dərs kitablarında müvafiq dəyişiklik etməsi əhəmiyyətlidir. Türk dövlətləri arasında interqasiyaya xidmət edən bu qərarın geosiyasi əhəmiyyəti var”.

Musavat.com xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu bildirib.

“Məni yeni terminlə desək Türküstan dövlətlərinin Türkiyənin bu qərarına münasibəti maraqlandırırdı. İlk əvvəl illərdir dostluq etdiyim qazax həmkarım Nurqali Jusipbayla əlaqə saxladım. TRT-nin Astanadakı ofisində çalışan Nurqali Qazaxıstan rəsmilərinin və ekspertlərinin Ankaranın qərarına müsbət yanaşdığını bildirdi. Fikrimcə, digər Türküstan ölkələrinin də bu qərara münasibəti oxşardır. Bu bölgəni bəziləri Mərkəzi Asiya, digərləri Orta Asiya adlandırarkən, ən doğru termin Türküstandır”, - o deyib.

Afaq,
Musavat.com

10.10.2024 16:18
452