Moskvanın Tverskoy Rayon Məhkəməsi rusiyalı aparıcı-aktrisa Nastya İvleevanı ordunu nüfuzdan salmaq maddəsi ilə 50 min rubl cərimələyib.
Axşam.az xəbər verir ki, protokolun tərtib edilməsinə səbəb İvleevanın 1 mart 2022-ci il tarixində instaqramda etdiyi paylaşımlar olub.
O, Ukrayna ərazisində hərbi əməliyyatların başlanmasını əsl fəlakət adlandırıb və razılığa, insan itkisini dayandıracaq kompromislərə getməyə, müharibəni dayandırmağa çağırıb.
Nastya özü isə məhkəmədə iştirak etməyib.