Ordumuz sərhəddə İŞƏ BAŞLADI, ermənilər panikada: “2 gündür Azərbaycan əsgəri...!”

Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş hissəsi delimitasiya edildikdən sonra ermənilərdə “yeni müharibə” qorxuları yaranıb, xüsusilə müxalif media bu qorxuları körükləyən iddialar irəli sürür. Publika.az xəbər verir ki, “Hraparak” nəşrinin iddiaları da bu yöndədir.

Nəşr iddia edir ki, 4 kəndin qaytarılmasından sonra Azərbaycan ordusunun sərhəddə hərəkətliliyi intensivləşib.

“Tavuş kəndlərindən Azərbaycan ordusunun hərəkəti aydın görünür. Açarkurt istiqamətində iki gündür Azərbaycan hərbçiləri istehkam işləri həyata keçirir”, - nəşr yazır.

Açarkurt Ağsaqallar Şurasının üzvü Karen Qazaryan nəşrə bildirib ki, 15-20 azərbaycanlı hərbçi sərhədin yaxınlığında, Kirantın keçmiş dükanlarının yerində, çayın sahilində, gölə bitişik ərazilərdə intensiv iş aparır.

“Bu işlərə görə kənddə əhval-ruhiyyə gərgindir. İnsanlar düşünür ki, müharibə olarsa, hökumət heç nə edə bilməyəcək. Düşünürük ki, müharibəyə hazırlaşırlar, lakin burada yox. Bu ərazilərdə azərbaycanlılar möhkəmlənir”, - Qazaryan deyib.

Azərbaycanın müharibəyə hazırlaşdığını iddia edən “Hraparak” bununla Paşinyan hakimiyyətinin sülh danışıqları ilə bağlı çıxışlarını çürütməyə, erməni ictimai rəyini düşmənçiliyə körükləməyə çalışır. Qazaxın azad edilən 4 kəndində istehkam işlərinin aparılması təbii haldır, çünki sərhəd yenidən müəyyənləşib və ordumuz yeni mövqelər yaradır.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

17.09.2024 13:30
1200