Orbanla Leyen Ukraynaya görə MÜBAHİSƏ ETDİ 

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenlə Macarıstanın baş naziri Viktor Orban arasında Ukrayna məsələsi üstündə sərt mübahisə düşüb.

Musavat.com xəbər verir, bu, Avropa Parlamentinin iclasında baş verib.

Parlamentdə çıxış edən Macarıstanın baş naziri Budapeştin Aİ Şurasına sədrliyi dövründə fəaliyyətinin qəsdən digər üzv ölkələr tərəfindən məhdudlaşdırıldığını bildirib və hətta sülhlə balı səylərinin sabotaj edildiyinə işarə vurub. Ondan sonra söz alan Leyen “bu sədrlik haqqında” ayrıca danışmaq istədiyini deyib və Orbanın ünvanına Ukrayna ilə bağlı sərt tənqidlər ünvanlayıb.

“Ukrayna və Avropa üçün ədalətli sülhə nail olmağın yeganə yolu var. Biz Ukrayna müqavimətini gücləndirməyə davam etməliyik, ona siyasi, maliyyə və hərbi dəstək verməliyik”, - deyə fon der Leyen bildirib.

Avropa Komissiyasının sədrinin fikrincə, avropalılar Ukraynanın Moskva ilə münaqişədə təslim olmasını istəmirlər.

Orban alman siyasətçiyə cavab olaraq Avropa İttifaqının Kiyevə dəstək planının dalana dirəndiyini bildirib və bu kursu dəyişməyə çağırıb.

Musavat.com

09.10.2024 16:32
600