Orban Trampın qələbəsindən DANIŞDI

“ABŞ prezident seçkilərində Respublikaçı Donald Trampın qələbəsi sayəsində Macarıstanın təcridinə son qoyulub”.

“Report” xəbər verir ki, bu açıqlama ilə Macarıstanın baş naziri Viktor Orban çıxış edib.

O qeyd edib ki, indi Budapeşt tək deyil, “bütün Amerika” onun yanındadır. Macarıstanın Baş naziri həmçinin vurğulayıb ki, Trampın ABŞ seçkilərindəki qələbəsi Ukraynada sülhü “yeddi mil” yaxınlaşdırıb.

Siyasətçi qeyd edib ki, o, respublikaçı namizədin qələbəsinə əmin idi, çünki insanlar müharibədən, miqrasiyadan və genderdən yorulublar.

11.11.2024 04:36
559