Orban Şvartseneggerlə MƏŞQ ETDİ - FOTO

Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə fitnes mərkəzində ameriakalı aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneggerlə məşq edib.

Musavat.comGazeta.ru”ya istinadən xəbər verir ki, siyasətçi şəkli "Facebook"da paylaşıb.

"Məşq köynəyimi evdə qoydum, amma məşqçi mənə aman vermədi", - deyə Orban fotoya şərh yazıb.

O, həmçinin Şvartseneggerlə ofisində fotosunu və Macarıstan hökumət binası qarşısındakı görüşün videosunu paylaşıb.

Qeyd edək ki, aktyor artıq bir neçə il əvvəl Budapeştdəki bu fitnes mərkəzində olub. “Terminator” filminin altıncı hissəsi orada çəkilib. Filmin istehsalı ilə bağlı videoçarxda Şvartsenegger Budapeşti dünyanın ən yaxşı şəhərlərindən biri adlandırıb .

Macarıstanın “Blikk” nəşri yazır ki, Orban aylardır həftədə 4-5 dəfə 16 və 24 kq çəki ilə məşq edir və hətta onları səfərlərdə özü ilə aparır. Macarıstanın baş naziri jurnalistlərə açıqlamasında idmanı pəhrizlə birləşdirdiyini deyib.

Musavat.com

14.09.2024 23:16
1279