Orban Kiyevə gedir

Macarıstanın baş naziri Viktor Orban iyulun 2-də Kiyevə gələcək. 

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, Orban Kiyevə gözlənilməz səfər çərçivəsində gələcək. O, Macarıstanın rotasiya əsasında Aİ-yə sədrlik etdiyi bir vaxtda Kiyevə səfər edəcək”.

Kiyevdəki mənbə bildirib ki, Orbanın Kiyevə ikitərəfli, yoxsa Aİ nümayəndəsi kimi gedəcəyi ilə bağlı dəqiq bir məlumat yoxdur.

Musavat.com

02.07.2024 08:51
1047