Orban: Kiyev və Brüssel Avropanı Rusiya ilə müharibəyə çəkməyə çalışır

Macarıstanın Baş naziri Viktor Orban Kiyev və Avropa İttifaqı rəhbərliyinin Ukraynanı NATO-ya dəvət etməklə Avropanı Rusiya ilə genişmiqyaslı müharibəyə sürükləmək niyyətində olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Orban Budapeştin bu siyasəti qəti şəkildə qəbul etmədiyini vurğulayıb.

“Son 70 ildə biz heç vaxt dünya müharibəsinə bu qədər yaxın olmamışdıq,” – deyə Orban Macarıstanın 1956-cı il üsyanının 68-ci ildönümü münasibətilə çıxışında qeyd edib.

O həmçinin Ukrayna prezidenti Zelenskinin ötən həftə irəli sürdüyü “qələbə planı”nın müharibəni genişləndirmək və Ukraynanın NATO-ya daxil edilməsi ilə cəbhə xəttini Rusiyanın ərazisinə keçirməyi hədəflədiyini qeyd edib.

23.10.2024 15:36
191