Orban: “Azərbaycan enerji asılılığının aradan qaldırılmasında həlledici ölkədir”

Azərbaycan enerji asılılığının aradan qaldırılmasında həlledici ölkədir.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan olmadan Rusiyadan enerji müstəqilliyinə nail olmaq mümkün deyil.

“Macarıstan artıq qaz tədarükü ilə bağlı Bakı ilə müqavilə imzalayıb”, - Orban vurğulayıb.

Viktor Orban qeyd edib ki, Cənub enerji dəhlizi (Cənub qaz dəhlizi-red) Macarıstan üçün həlledici əhəmiyyət kəsb edir. Onun təhlükəsizliyinin təmin edilməsi prioritetdir.

07.10.2023 03:19
600