Macarıstanın baş naziri Viktor Orban Avropa bürokratiyasını Qərbi hərbi münaqişəyə sürükləməkdə və Rusiya ərazisinə keçməkdə ittiham edib. O, çoxlarının bu problemi gördüyünü, lakin vəziyyəti “Çılpaq padşah” nağılındakı kimi olduğunu və bu səbəbdən çoxlarının susduğunu bildirib.
Musavat.com xəbər verir ki, Orban bunu 1956-cı il Macarıstan hadisələrinin ildönümünə həsr olunmuş tədbir zamanı bildirib.
Viktor Orban Avropa İttifaqını dövlətləri açıq qarşıdurmaya sürükləməyə çalışmalarından narahatlığını ifadə edib. Onun fikrincə, Avropa liderlərinin həyata keçirmək istədiyi strategiya münaqişələrin qarşısını almaq yox, əksinə, onun miqyasını genişləndirməkdir.
Orban qeyd edib ki, plana hərbi əməliyyatların Rusiya ərazisinə keçirilməsi üçün Ukraynanın dərhal NATO-ya daxil olması da daxildir.
Viktor Orban hesab edir ki, şərq cəbhəsindəki uğurdan sonra Ukrayna gücləndirilmiş ordusuna arxalanaraq, Avropanın təhlükəsizliyinin təmin edilməsində ABŞ-ın rolunu öz üzərinə götürə bilər.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün