Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.
Musavat.com bildirir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.
Xatırladaq ki, bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir. İclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası 125 seçki dairəsi üzrə namizədlərini irəli sürəcək.
Xalidə Gəray
Musavat.com