OPEK+un sonuncu iclası ən uğurlu toplantı oldu – Səudiyyəli nazir

OPEC+ ölkələrinin sonuncu iclası ən uğurlu toplantı olub.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikri Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində keçirilən “Neft və Qaz Bazarının Gələcəyi: Qlobal Tələb Perspektivləri və İstehsalçıların Planları” sessiyasında səsləndirib.

Eyni zamanda, o əlavə edib ki, bəzi banklar və təşkilatlar, məsələn, Goldman Sachs OPEC+ görüşü və brifinqdən dərhal sonra hesabat yayaraq, qiymətlərin aşağı salınması istiqamətində təzyiqlərdən danışdıqlarını bir neçə dəfə qeyd ediblər: "Peşəkar nöqteyi-nəzərdən bu, hadisələrin düzgün təfsiri deyil. OPEC+ toplantısına iki həftə qalmış ittifaq ölkələrinin nə edəcəyi, necə davranacağı ilə bağlı məlumatlar çıxmağa başladı və OPEC+ ölkələrinin nazirlərinin görüşündə nələrin baş verəcəyi ilə bağlı gözləntiləri artırmağa çalışdılar. Və bu qərarlar mediada dərc olunan gözləntilərdən aşağı olmalı idi. Ümumiyyətlə, neft bazarından danışsaq, bunun bir yaxşı tərəfi var ki, bir-iki gün verin ki, hər şey yoluna düşsün və reallıq öz layiqli yerini tutsun”.

Nazirin fikrincə, bazar OPEC+ qərarını növbəti 6 ayda daha yaxşı başa düşəcək.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak da qeyd edib ki, qiymətləndirmə də bazara təsir edir, lakin əsas etibarilə neft bazarı investisiya proseslərinə tabedir: “Gələcəkdə gördüyümüz artan istehlakın zəmanətli şəkildə başa düşülməsini təmin etmək üçün çalışırıq. Neft sənayesi çox investisiya tələb edən, kapital tutumlu sənayedir və buna görə də biz 5-10 il qarşıdakı üfüqə baxmalıyıq . Bazar günü Ər-Riyadda qəbul edilən qərarlar dəqiqliklə proqnozlaşdırıla bilənliyi təmin etməyə yönəlib. Bazar həmişə müəyyən siqnallara məruz qalır, lakin əsas etibarilə investisiyalar, investisiyalar, tələb və təklif balansının təmin edilməsi baxımından baş verən proseslərə tabedir".

İyunun 2-də keçirilən son iclasda OPEC+ ölkələri mövcud hasilat kvotalarının 2025-ci ilin sonuna qədər uzadılması barədə qərar qəbul ediblər. İstisna olaraq BƏƏ-də hasilatın sutkada 300 min barel artırılmasıdır. Bundan əlavə, iclasda könüllü hasilatın azaldılmasında iştirak edən alyans ölkələri öhdəliklərini üçüncü rübə qədər uzatmaq, dördüncü rübdən isə bu həcmlərin tədricən bazara qaytarılmasına keçmək qərarına gəliblər.

Musavat.com

06.06.2024 13:18
420