OPEK özünə baş katib seçdi

Neft İxrac Edən Ölkələr Birliyi(OPEK) özünə baş katib seçib.

Musavat.com Təşkilatın yaydığı açıqlamaya istinadən xəbər verir ki, Haytam Əl-Qays yenidən OPEK Baş katibi seçilib. Onun yeni dövr üçün fəaliyyəti 2025-ci ilin avqust ayından başlayacaq.

Qeyd edək Əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndəsi olub. 2022-ci ildən OPEK Baş katibi vəzifəsinə seçilib.

OPEC Konfransı adətən Baş Katibi üç il müddətinə təyin edir və onun səlahiyyətlərini eyni müddətə daha bir dəfə uzada bilər.

Musavat.com

10.12.2024 20:13
353