OPEK+ ölkələri neft hasilatını azaldıblar

2024-cü ilin yanvar ayında OPEC+ sazişində iştirak edən OPEC ölkələri (İran, Liviya və Venesuela istisna olmaqla) neft hasilatını sutkada 226 min barel azaldaraq 21,368 milyon barelə endiriblər. Bu, əsasən Əlcəzair, İraq və Küveytdə hasilatın azalması ilə bağlı olub.

Musavat.com OPEC-in fevral hesabatına istinadən xəbər verir ki, Konqo və Nigeriya üçün kvotalara yenidən baxılması, həmçinin Anqolanın OPEK-dən çıxması da daxil olmaqla, bütün dəyişiklikləri nəzərə aldıqda, OPEC+ sazişində iştirak edən 9 OPEC ölkəsi üçün yenilənmiş kvota sutkada 23,835 milyon barel təşkil edir.

Yanvarda bu ölkələrin real hasilat həcmi sutkada 21,368 milyon barel təşkil edib ki, bu da OPEC+ sazişində nəzərdə tutulan səviyyədən 2,467 milyon barel aşağıdır.

Bununla belə, OPEC+ sazişinin parametrləri bəzi OPEK ölkələri də daxil olmaqla, bir sıra OPEC+ ölkələrinin riayət etdiyi könüllü hasilatın azaldılmasını nəzərə almır. Bu azalmaların ümumi həcmi sutkada 1,66 milyon barel təşkil edir. Bundan əlavə, Səudiyyə Ərəbistanı iyul ayından 2024-cü ilin birinci rübünün sonuna qədər hasilatı daha 1 milyon barel azaldıb, İraq, BƏƏ, Küveyt və Əlcəzair isə könüllü olaraq birinci rübdə hasilatı sutkada cəmi 572 min barel azaldır.

OPEC-in 12 üzvündən 9-u neft hasilatını azaltmağ nəzərdə tutan OPEC+ sazişində iştirak edir. İran, Liviya və Venesuela məhdudiyyətlərdən azaddır. Yanvarda Venesuelada neft hasilatı sutkada 14 min barel artaraq 796 min barelə, Liviyada sutkada 162 min barel azalaraq 1,015 milyon barelə, İranda isə sutkada 5 min barelə qədər azaldaraq 3,163 milyon barelə düşüb.

Ümumilikdə, 12 OPEK ölkəsinin hamısı yanvarda neft hasilatını sutkada 350 min barel azaldaraq, 26,342 milyon barelə salıblar. Hasilatın ən böyük azalması Liviyada (-162 min barel), OPEC+ sazişinə qatılan ölkələr arasında isə Əlcəzair (-46 min barel), İraq (-98 min barel), və Küveytdə (-109 min barel) qeydə alınıb.

Musavat.com

13.02.2024 17:57
494