OPEK neft tələbatına dair proqnozunu azaltdı

OPEC 2024-cü ildə neftə tələbatın artım proqnozuna azaltma istiqamətində dəyişiklik edib.

Musavat.com təşkilatın aylıq hesabatına əsasən xəbər verir ki, OPEK qobal neft istehlakının artımı proqnozunu sutkada 106 min barel azaldaraq 1,93 milyon barel müəyyən edib. Bu, gündə 104,14 milyon barel həcmində neft istehlakı deməkdir.

OPEK analitikləri birinci rübdə tələb təxminlərini 90 min barel azaldaraq 102,81 milyon barel, ikinci rübdə 250 min barel artıraraq 103,36 milyon barel, üçüncü rübdə təxmin 80 min barel azaldaraq 104,73 milyon barel, dördüncü rübdə dəyişməz olaraq sutkada 105,61 milyon barel müəyyənləşdiriblər.
2024-cü ildə OECD ölkələrinin əsasən Amerikada neft tələbini sutkada 100 min barel artıracağı, Avropa ölkələrinin isə bir qədər azalma göstərəcəyi gözlənilir. OECD-dən kənar ölkələr gündəlik 1,8 milyon barel istehlak artımı göstərəcək, Çin hərəkətverici qüvvə olacaq, Hindistan, Yaxın Şərq və Latın Amerikası da artım göstərəcək.

Analitiklər 2025-ci il üçün tələb artımı ilə bağlı proqnozlarını OECD üzvü olmayan ölkələrə görə daha 100 min barel azaldıblar və indi gələn il neft istehlakının sutkada 1,64 milyon barel artaraq 105,78 milyon barelə çatacağını gözləyirlər.

Avqust ayı üzrə ilkin məlumatlar göstərir ki, OECD ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 8,4 milyon barel azalaraq 2,828 milyard barelə düşüb. Bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə 4,8 milyon barel çoxdur, lakin son beş ildəki orta göstəricidən 86 milyon barel az və 2015-2019-cu illərin orta göstəricisindən 157,4 milyon barel azdır.

O cümlədən, neft ehtiyatları əvvəlki ayla müqayisədə 6,5 milyon barel azalaraq 1,319 milyard barel, neft məhsulları ehtiyatları isə 1,9 milyon barel azalaraq 1,509 milyard barel olub.

Musavat.com

14.10.2024 21:10
258