OPEK+ neft hasilatını artırmayacaq – Qərar verildi

OPEC+ ölkələri 2025-ci il üçün razılaşdırılmış neft hasilatı kvotalarını 2026-cı ilə qədər uzatmaq qərarına gəliblər.

Musavat.com xəbər verir ki, məlumat OPEC-in saytında dərc olunan bəyanatda əksini tapıb.

Qərar OPEK+ ölkələri nazirlərinin bu gün keçirilən iclasında qəbul edilib.

Bəyanata əsasən bundan əlavə, alyans mövcud könüllü ixtisarların müddətini uzadıb. Beləliklə, səkkiz alyans ölkəsinin hasilatın sutkada 2,2 milyon barel azaldılmasına dair könüllü öhdəliyi 2025-ci ilin birinci rübünün sonuna qədər davam edəcək. Bundan sonra OPEC+ ölkələri 2026-cı ilin sentyabr ayının sonuna qədər hasilatı tədricən bərpa etməlidir.

Əvvəllər 2025-ci ilin sonunda başa çatması planlaşdırılan 1,65 milyon barellik hasilat məhdudiyyətləri 2026-cı ilin sonuna qədər uzadılıb. Bundan əlavə, BƏƏ OPEC+ kvotası çərçivəsində hasilatın tədricən 300 min barel artırılmasını 2025-ci ilin yanvarından 2025-ci ilin aprelinə təxirə salıb. OPEC+ nazirlərinin növbəti görüşü 2025-ci il mayın 28-nə planlaşdırılıb.


Musavat.com

05.12.2024 18:04
364