OPEC+ ölkələri sentyabrda neft hasilatını avqust ayı ilə müqayisədə gündəlik təxminən 0,5 milyon barel azaldıb.
Musavat.com xəbər verir ki, məlumatı S&P Global Commodity Insights yayıb.
Agentliyin Platts məlumatlarına istinadən araşdırmasına görə, razılaşma iştirakçıları ötən ay sutkada 40,23 milyon barel neft hasil ediblər. Azalma Liviyadakı yataqlarda hasilatın məhdudlaşması, həmçinin İraq ixracının, neft emalı həcmlərinin və birbaşa neftdən istifadənin azalması ilə əlaqədardır.
Musavat.com