"Anam rəhmətə gedəndən ancaq anam üçün darıxırdım. Son günlər dəhşət atam üçün darıxıram".
Bu sözləri üğənni Xuraman Şuşalı sosial şəbəkə hesabında yazıb.
Dünyasını dəyişən valideynlərindən yazan sənətçi bunları əlavə edib:
"Atamı qucaqlamaq istəyirəm. Bunu xəyalən edirəm. Atam rəhmətə gedəndə 11 yaşım var idi. İnsan yaşa dolduqca daha çox darıxır. Axirətiniz gözəlolsun, ata və ana. Sevdikləriniz sağdırsa, onlara doya-doya sarılın". (Axşam.az)