Ukraynanın Xalq artisti Andrey Danilkonun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi ömürlük qadağan edilib.
Bu barədə sənətçinin mətbuat xidməti məlumat yayıb.
Buna səbəb isə Danilkonun 2022-ci ildə Dubaydakı çıxışı zamanı Ukraynanı dəstəkləməsi olub. BƏƏ hakimiyyəti sənətçinin hərəkətini "etnik ədavəti qızışdırmaq" kimi qiymətləndirib.
Danilko isə qadağaya görə Rusiya Federasiyasını günahlandırıb. (Axşam.az)