Onun başına bir iş gəlsə, vicdan əzabı çəkməyəcəksiniz... - VİDEO

Aparıcı Zümrüd Bədəlova Əməkdar artist Firuzə İbadovanın səhhətinin pisləşməsindən danışıb.

Musavat.com olay-a istinadən bildirir ki, aparıcı bu barədə "Xəbər ətər" verilişində söz açıb. O, özünü günahkar hesab etdiyini dilə gətirib.

"Ötən həftə "Söz-baz"da "Özəl adam" bölümündə Firuzə İbadova qonağım oldu. Biz orada elə həssas mövzulardan danışdıq ki. Amma bir də baxdım ki, bu məsələ elə gündəm olub. Firuzə xanımla 2-3 gündür dayanmadan yazışırıq, danışırıq. İnsan bir nöqtədə də özünü günahkar hesab edir. Halbuki, mən bütöv bir hissəni heç bir zaman, heç bir montajla, heç bir sevdiyim insanları, ələxsus da sənət adamlarını heç vaxt elə bir vəziyyətə qoymaram. Sosial şəbəkə nümayəndələri elə kəsib montaj edirlər ki. Firuzə xanıma bunu etməməli idiniz. Onun başına bir iş gəlsə vicdan əzabı çəkməyəcəksiniz, çünki o duyğudan da yoxsunsunuz", - deyə, Zümrüd söyləyib.

Qeyd edək ki, Firuzə İbadova "Elgizlə izlə"nin canlı efirinə qoşularaq, neqativ şərhlərə görə bütün gün xəstəxanada qaldığını demişdi.

02.04.2024 14:24
917