"Onu görəndə əl-ayağım əsdi"

"Uşaqlıqdan beləyəm: sənətkarlardan çəkinirəm. "Cavid ömrü" filmində Hüseyn Cavidin həyat yoldaşını oynayacaqdım. Mənə dedilər ki, Hüseyn Cavidi Rasim Balayev oynayacaq. Onu heç görməmişdim. Amma əl-ayağım əsirdi ki, onunla necə oynayacağam?"

Bu sözləri Əməkdar artist Dilarə Əliyeva verilişində deyib.

Aktrisa Xalq artisti Rasim Balayevlə qarşılaşmasından danışıb:

"Adamı heç bir dəfə olsun ki, realda görməmişdim. Rasim müəllim gələndə həyəcandan ürəyim ağzıma gəlirdi. O da gördü ki, mən o mən deyiləm. Başladı suallar verib, söhbətlər etməyə. Baxdım ki, aradan keçilməz olan səddə keçdi. Bir də baxdım ki, gözəl tandemimiz yarandı". (Axşam.az)

05.08.2024 10:37
3229