"Atamın vəfatından bir il keçməmişdi bacısı oğluna toy etdi. Hansı ki, atam həmin o oğlanı özü böyüdüb. Zəng edib onlara ürəyimdən gələn sözləri dedim. Onları heç vaxt bağışlamayacağam".
Bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) "Elgizlə izlə" verilişində qonaq olarkən deyib.
O, atası Vidadi bəyin vəfatından sonra bəzi qohumları ilə əlaqəsini kəsdiyini açıqlayıb:
"Atamın vəfatından dörd il keçdi, rəhmətə gedən günü heç kim mənə zəng vurmadı. Halbuki, atam onlar üçün nələr etməyib. Atamın onlara elədikləri burunlarından gəlsin. Özümə görə yox, məhz atama görə onları heç zaman bağışlamayacağam. Mənə onlardan heçnə lazım deyil. Atamın əziyyətini onlara heç zaman bağışlamayacağam.
Söz vermişəm ki, artıq ağlamayacağam. Uzun reabilitasiya keçmişəm, dərmanlar içirəm. Mənə çatmır ki, sən bacı elə bir qardaş itirmisən və sən necə qol-qanad qaldırıb şənlənə bilirsən? Onun ölümündən 5 ay keçmiçdi. Belə etmək olmaz. Mən yeni ili bu il keçirtmişəm. Atam öləndən sonra ad günümü belə keçirtmədim. Atamın vəfatı təkcə mənim deyil, onların da dərdi idi. Çünki atam onun qardaşı idi".
Verilişin aparıcısı Elgiz Əkbər isə rəqqasənin fikirləri ilə razılaşmadığını deyib. Aparıcı atasının ölümündən sonra qohumlarına xeyir işlərini təxirə salmamağı tapşırdığını söyləyib. (Axşam.az)