Əməkdar artist Elza Seyidcahan "Gün işığı" verilişində əsəbiləşib.
Axşam.az xəbər verir ki, buna səbəb efirdə yayımlanan müsahibə olub. Belə ki, bir tələbə Azərbaycan dilində danışmaqda çətinlik çəkib. Bunu görən Seyidcahan özündən çıxıb və aparıcıya irad bildirib:
"Jurnalistika ixtisasında təhsil alan tələbə ilə rastlaşdım, Azərbaycan dilində bərbad danışırdı. Danışığı nə zaman düzələcək? Düzəlməyəcək! Onu efirə çıxartmaq olmaz. Bu biabırçılıqdır. Orada bilirsiniz, nə vəziyyətə düşdüm? İnsanlar infarkt keçirə bilər. Əgər indiyə kimi düzəlməyibsə, bundan sonra da düzəlməyəcək. İş orasındadır ki, bəzi müəllimlər ləhcə ilə danışırlar. Olmaz. Ləhcəyə böyük hörmətim var. Ən kobud ləhcə dağlılarınkıdır. Belə şeylər olmaz. Bizim ədəbi dilimiz var. Ləhcə ilə danışan insanları efirə çıxarmaq olmaz.
Əgər tələbə Azərbaycan sözünə "Azərbadzan" deyirsə və hərifləri düzgün şəkildə tələffüz etmirsə, müəllim deməlidir ki, al bu diplomunu, çıx get. Allah iraq eləsin, az qala beynimə qan sızsın. Deyir ki, jurnalist olmaq istəyirəm, amma danışığı və tələffüzü bərbaddır. O qıza yazığım gəldi. Onun təməli elə qurulub. Onu ali məktəbə gərək götürməzdilər. Bəsdirin... Biz nə qədər yalandan gülməliyik? Bizim gözəl Azərbaycan dilimiz, leksikonumuz, dinimiz və tərbiyəmiz var.Tərbiyəmiz isə bizim əbədi dilimizdir. Ona görə efirə "dızıldayan çaynikləri" çıxartmaq olmaz. Belə insanları efirə verib insanların əsəbləri ilə oynamamalısınız".