Onlardan gələn mesajları açmayın!

Bir neçə yerli məşhur simanın instaqram hesabı oğurlanıb.

Proses öncə prodüser Ranar Musayevdən başlayıb. İlk oğurlanan səhifə onun olub.

Daha sonra sənətçinin şəxsi profilindən “Unicorn Marketing Go” yazısı ilə aparıcı Ceyhun Əliyə link göndərilib. C.Əlinin də hesabı ələ keçirildikdən sonra növbəti qurban müğənni İradə İbrahimova olub.

Ötən gün Ranar Musayevin profilindən sözügedən link İbrahimovaya da göndərilib. O, linkə daxil olduqdan sonra hesabı ələ keçirilib. (olay)

15.01.2024 13:08
10653