Elnur Valehin ölümündən sonra "Dünya" TV-də yayımlanan "İBO ŞOU" verilişində dedikləri gündəm olub.
O, dünən gecə saatlarında vəfat edib.
Meyxanaçı bildirib ki, həyatda özünə özündən çox düşmənçilik edən olmayıb:
"Harasa gedəndə ən pis adamları tapırdım. Onlar da məni pis əməllərə yönəldirdi. Bu da səhhətimi daha da pisləşdirdi. İndi isə hara getsəm, yaxşıları axtarıram. 15 ildir ailəliyəm və 9-da oxuyan qızım var. Adı Əzizədir".
Meyxanaçı uzun müddətdir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib. (sfera.az)