Hazırda Xankəndidə ermənilər üçün olduqca gərgin ərəfələrdir. Qondarma rejimin rəhbəri Araik Arutyunyanın istefasından sonra Xankəndidə vəziyyət qarışıb. Namizəd kimi müxtəlif versiyalar irəli sürülsə də, bu, prezident seçkilərinə qədər sual altındadır. Bu proses üçün əhəmiyyətli tarix məhz 8 sentyabrdır.
Paytaxt sakinlərinə bu sualla müraciət etdik.
“Seçki”də nə olacaq, kim gələcək, qan töküləcəkmi? Azərbaycan Ordusu həmin gün Xankəndiyə girməlidirmi? Bu barədə TV Müsavat paytaxt sakinlərinin fikirlərini öyrənib.
Ətraflı videosorğuda izləyə bilərsiniz:
Sadiq Məmmədov,
Rafət Şahbazov,
Musavat.com