Onlar gedən kimi Paşinyan da gedəcək - ŞOK İDDİA

“Keşiş Baqratın başçılıq etdiyi hərəkatın ilk mərhələlərdə uğur qazanmasının bir səbəbi var. O da əksər tərəfdarların bu hərəkatın arxasında keçmiş prezidentləri görmədiyi üçündür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianın müəllifi yerli politoloq Ara Poqosyandır.

““Sosial həmrəyliyin təmin edilməsi” şüarı altında keçmiş prezidentlərin rolunun legitimləşdirildiyi bir vaxtda hərəkatın gələcəyinin qaranlıq olduğu məlum oldu. Nə qədər ki, keçmiş prezidentlər və onların yaxın ətrafı hakimiyyətə can atıb, Paşinyanın hakimiyyəti bu və ya digər formada qalacaq. Sadə bir alqoritm qalır: keçmiş prezidentlər hakimiyyətə növbəti iddiaçılar olaraq qaldığı müddətdə Paşinyan da qalacaq, yəni onlar gedən kimi Paşinyan da gedəcək”, - deyə erməni ekspert bildirib.

Musavat.com

04.10.2024 11:38
868