Omskda PARTLAYIŞLAR: “Qazprom”un ən böyük zavodu YANIR, Zelenskidən TƏCİLİ çağırış – CANLI

Rusiyanın Ukrayna ərazisinə bugünkü zərbələri ən böyük hücumlardan biri olub və mülki infrastruktura yönəlib.

Musavat.com xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski videomüraciətində bildirib.

“Hazırda bütün ölkədə Rusiya ordusunun zərbəsinin nəticələrinin aradan qaldırılması davam edir. Bu, yüzdən çox müxtəlif tipli raketlər və yüzə yaxın kamikadze hücumlarından biri idi. Xarkov vilayətindən, Kiyevdən tutmuş, Odessaya və qərb bölgələrimizə qədər, çox təəssüf ki, onlarla yaralımız var. Hər kəsə lazımi yardım göstərilir”,- Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, düşmənin zərbəsi nəticəsində energetika sahəsinə xeyli ziyan dəyib. Bundan əlavə, o qeyd edib ki, Rusiya təcavüzünə müqavimət göstərmək üçün tərəfdaşların qətiyyətli qərarları lazımdır.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından Ukraynanın müxtəlif şəhərlərinə dron və raketlərlə hücum edib. Hazırda Rusiya qüvvələri

Ukraynanın Donetsk vilayətinin 6 yaşayış məntəqəsində irəliləyib. “DeepState” məlumat yayıb. Söhbət Pokrovsk, Kuraxiv və Toretsk şəhərləri istiqamətlərindən gedir. “Düşmən Novotoretsk, Mixaylivka, Yasnobrodivka yaxınlığında, eləcə də Kostantinivka, Novoqrodivka və Zalijnıda irəliləyib”, - məlumatda deyilir.

Rusiyanın isə Omsk Neft Emalı Zavodunda güclü partlayış baş verib. Şahidlərin dediyinə görə, partlayış səsi şəhərin bir neçə yerində eşidilib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Omsk Neft Emalı Zavodunun mətbuat xidmətindən RBC-yə bildiriblər ki, müəssisə normal işləyir:

“Omsk neft emalı zavodunda baş verən yanğın nəzarət altındadır. Zavodun avtomatik təhlükəsizlik sistemi texnoloji avadanlıqlarda yanğını aşkar edib. Aktivləşdirilmiş avtomatlaşdırılmış yanğınsöndürmə texnikası və yanğınsöndürmə xidməti yanğını operativ şəkildə lokallaşdırır”, - məlumatda deyilir. Omsk Neft Emalı Zavodu Rusiyanın "Qazpromneft"ə məxsus ən böyük neft emalı müəssisələrindən biridir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını siyasi şərhçi Elçin Xalidbəyli cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

26.08.2024 16:00
1472