K.Fərəcəov adına Elmi Tədqiqat Pediatriya Xəstəxanasında (“OMD” kimi tanınır) ölüm hadisəsi baş verib.
Musavat.com Qafqazinfo-ya istinadla xəbər verir ki, sentyabrın 6-da xəstəxanaya gətirilən 7 aylıq Ayla Qasımzadə vəfat edib. Körpədə bağırsaq keçməzliyinin olduğu və xəstəxanaya bu diaqnozla daxil olduğu bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.