Ombudsman qadın həbsxanasına gəldi- Seçkiləri izləyir

Milli Məclisə seçkilər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisində də davam edir.

Musavat.com xəbər verir ki, Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində xanım məhkumlar səs verirlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman Səbinə Əliyeva ) və Ombudsman aparatının əməkdaşları cəza çəkmə müəssisəsində seçkiləri müşahidə edirlər.

Şahanə Rəhimli
Musacat.com

01.09.2024 11:34
425