Ölümündən əvvəl həkimlər Tağı Əhmədova görün nə deyib

Tağı Əhmədovun vəfat etməsilə bağlı bəzi təfərrüatlar məlum olub.

Musavat.com Bakupost.az-a istinadən xəbər verir ki, o, bir gün əvvəl müayinə üçün özəl klinikalardan birinə aparılıb. Xəstəxanaya daxil olarkən, səhhəti stabil olub, amma həkimlər ona bir gün orada qalmağı məsləhət biliblər.

Dünən saat 20 radələrində səhhəti qəfildən pisləşib və o, rəhmətə gedib.

Qeyd edək ki, Tağı Əhmədov uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Son bir neçə ildə əlil arabasıyla hərəkət edirdi.

19.10.2024 17:30
2131