Ölkədə QƏTLİAM kimi PARTLAYIŞLAR - kimin işidir? - kriminalist SİRLƏRİ açır

Son günlər ölkə ərazisində baş verən partlayış və yanğınlar diqqət çəkir. Bir-birinin ardınca, şübhəli şəkildə baş verən bu hadisələrdə kimlərin barmağı var.

Məmur özbaşınalığı və ya məmur məsuliyyətsizliyi deyib, bunun üzərindən keçmək olarmı? Yoxsa ortada daha böyük bir səbəb varmı?

Azərbaycan üçün çox strateji olan bu mərhələdə ölkədə təşviş, panika yaratmaq kimin və ya kimlərin marağındadır? Hansı qüvvələr belə bir plan hazırlayıblar? Daha öncə ölkə ərazisində bu səpkidə hadisələr nə zaman və hansı miqyasda baş verib?

Gündəmdəki bütün bu sualları bu gün saat 15.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində kriminal yazar Elşən Balaxanılı ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

16.01.2024 15:00
2070