2024-cü ilin yanvar-sentyabr ayları ərzində Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5781 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 423 nəfər, 26-29 yaşadək 889 nəfər, 30 yaş və ondan yuxarı isə 4468 nəfər təşkil edir. Həmin şəxslərdən 5621-i kişi, 160-ı qadın olub.
Musavat.com bildirir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Məlumata görə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 652, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 453, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 111, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 63, digər növ cinayət faktların sayı 25, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 24 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 726 kq 724,392 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 702 nəfər azalıb.
Bununla yanaşı, qrup halında olan cinayətlərin sayı isə 8 fakt artıb.
Xalidə Gəray
Musavat.com