Ölkə üzrə pos-terminalların və ödəmə aparatlarının işində nasazlıq yaranıb

Ölkə üzrə pos-terminalların və ödəmə aparatlarının işində nasazlıq yaranıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, əsasən Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində, eləcə də Nəsimi rayonunda pos-terminallar və ödəmə aparatları işlək vəziyyətdə deyil.

"Azərikard"dan bildirilib ki, şəbəkə xətası ola bilər. Hazırda bu istiqamətdə ölkə üzrə çətinlik yaşanır.

24.07.2024 22:59
1171