Çinli milyarder Çen Tyançyaonun 85 milyon dollara ABŞ-ın Oreqon ştatında 198 min hektar meşə sahəsini alması ölkədə gündəm mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, bu barədə "DailyMail" nəşri yazıb.
Qeyd olunub ki, bu, ABŞ-da ikinci ən böyük torpaq alqı-satqısıdır.
Eyni zamanda, 50 yaşlı milyarder Çin Kommunist Partiyasının üzvü və oyun şirkətinin sahibidir. Manhettendə 39 milyon dollarlıq malikanəsi, Los-Ancelesdə isə 25 milyon dollarlıq mülkü olan Tyançyao ABŞ-da ən böyük çinli mülk sahibidir.
Belə ki, ötən bazar ertəsi vergi qeydləri araşdırıldıqdan sonra Çen Tyançyaonun 2015-ci ildə etdiyi alış üzə çıxıb.
Çin Kommunist Partiyasının milyarder üzvünün Amerikada bu qədər böyük torpaq sahəsi alması və bunun qeyd olunmaması ABŞ-da müzakirələr yaradıb. Bu, casusluq və təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edən bəzi qanunvericilərin əks reaksiyasına səbəb olub.
Musavat.com