Olivye Dekotinyi Qarabağdan gedən ermənilərin dərdinə düşüb

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi ənənəvi təxribatçı fəaliyyətini davam etdirir.

Onun hər açıqlaması əslində Azərbaycan və Ermənistan arasındakı münasibətləri pozmaq və xüsusilə Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi daşıyır.

Musavat.com xəbər verir ki, fransız diplomat bu dəfə Qarabağdan gedən ermənilərə “canıyanlıq” nümayiş etdirmək istəyib və bunu Milad bayramı münasibətilə verdiyi mesajda da göstərib.

“Milad bayramınız mübarək, fikirlərim bu il də bu bayramı “vətəndən” kənarda qeyd edən “Dağlıq Qarabağ”dan olan qaçqınlarladır”, - deyə səfir yazıb.

Musavat.com

06.01.2025 15:44
628