Paris olimpiadasının təşkilatçıları boks turnirinin qaliblərinin mükafatlandırılması mərasimində bayraqları qarışdırıblar.
Musavat.com sports.ru-ya istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində qızıl medalı Özbəkistan təmsilçisi Lazizbek Mullajonov qazanıb. İkinci yeri azərbaycanlı Loren Alfonso, üçüncü yeri isə ispaniyalı Emmanuel Reyes və tacikistanlı Davlat Boltayev bölüşüblər.
Mükafatlandırma mərasimi zamanı təşkilatçılar səhvən Boltayevin dayandığı kürsünün arxasında Tacikistanın yox, Tailandın bayrağını qaldırıblar.
Qeyd edək ki, belə xətalar adətən böyük ölkələrlə bağlı olmur, həmişə kiçik, dünya arenasında o qədər populyar olmayan ölkələrin başına gəlir.
Musavat.com