Ölən uşaq illər sonra fotoda "peyda" oldu – FOTO

Şotlandiyada qəribə hadisə baş verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Şotlandiyada bir qrup gənc qız rəfiqələrinin toyu üçün getdikləri yerdə fotolar çəkdiriblər.

Göl kənarında bir neçə saniyə ara ilə çəkilən fotoların birində isə bir uşaq peyda olub. Baş verənlərdən dəhşətə gələn qızlar ərazini tərk ediblər. Fotoda peyda olan uşağın illər əvvəl həmin göldə boğularaq öldüyü iddia edilir.

Musavat.com

08.08.2023 19:36
1072