"Ölən" deputat Kadırovla canlı yayına çıxdı - VİDEO

Kadırov deputat Delimxanovla canlı yayıma çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı o, telegram kanalda məlumat yayıb.

Videoda Çeçenistan rəhbəri “sağ əli” adlandırılan Adam Delimxanovla çay içir. “Yavaş-yavaş yaşayırıq. Biz onsuz da çox yaşamaq istəmirik”, – deyə Kadırov efirdə bildirib.

Xatırladaq ki, iyunun 14-də Ukraynanın teleqram kanalları Zaporojye vilayətinin Primorsk şəhərində Delimxanovun ölüm xəbərini yaymışdılar.

 

Musavat.com

03.07.2023 04:11
2865