Dünən axşam paytaxtın Nərimanov rayonunda baş vermiş güllələnmə hadisəsinin bəzi detalları məlum olub.
Musavat.com xəbər verir ki, Citypost.az qətlə yetirilən 24 yaşlı Tural Kosayevlə bağlı maraqlı informasiya əldə edib.
Mənbənin verdiyi məlumata görə,Tural Kosayev kriminal aləmin üzvləri ilə əlaqəli şəxs olub.
Məlumata görə Tural Kosayev hadisə baş verməmişdən bir müddət öncə kriminal aləmdə "Ağa Nəvəsi" ləqəbi ilə tanınan Emil Eyvazovla eyni məclisdə iştirak edib.
Qeyd edək ki, "Ağa Nəvəsi" Rövşən Lənkəranskinin tərəfdarlarından olub.
Həmin fotonu təqdim edirik: