Öldürülən müğənninin bacısı canlı yayım açıb bu sözləri dedi - FOTO

Qısqanclıq zəminində həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın bacısı Şəlalə Nəriman sosial şəbəkələdə canlı yayım açıb.

Milli.Az bildirir ki, Şəlalə İsgəndərova canlı yayımda açıqlama verərək bu məsələni şouya çevirməməyi xahiş edib.

"Bu məsələni şouya çevirməyin, mən bilmirəm kimə nə deyim", - o, söyləyib.

Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib.

18.10.2023 13:23
1186