“Öldürüldüyü” bildirilən Əhmədinejadın ofisi bəyanat yaydı  

Barəsində “öldürüldü” xəbəri yayılan İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın ofisi onun terror edilməsi xəbəri ilə bağlı bəyanat yayıb.

Musavat.com bu barədə Gunaz.tv-yə istinadən bildirir.  

Bəyanatda keçmiş prezidentin öldürülməsi barədə yayılan xəbərlərin həqiqəti əls etdirmədiyi bildirilib.

Qeyd edək ki, iyunun 17-i axşam saatlarında silahlı şəxslərin M.Əhmədinejadı güllələdikləri barədə məlumatlar yayılmışdı.

Musavat.com

18.06.2025 12:10
1075