Okampodan SENSASİON etiraf – Erməni tulasının ağzından çıxanı qulağı eşidir?

“İstənilən düz əyrini kəsər” deyib müdriklərimiz. Yalan cüssəcə böyük olsa da, ayaqları arıq və zəif olduğundan nə yeriyə bilər, nə də qaça. İndi Vətən müharibəsindən, xüsusən də ötən ilki 23 saat 45 dəqiqəlik antiterror əməliyyatlından sonra ağız-ağıza verib Azərbaycana hürən cürbəcür ikiayaqlı məxluqlar da.

Bu şərəfsizlər topasının içindən arada hansınınsa çaşıb sözün düzünü deməsi qətiyyən təəccüblü sayılmaz. Zira, o dərəcədə şər-böhtan bataqlığına giriblər, iftiraya, çirkaba o qədər bulaşıblar ki, bəzən nə ifraz etdiklərinin heç özləri də fərqində olmazlar. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) argentinalı keçmiş prokuroru, erməni muzdlusu və şantaj ustası Luis Moreno Okampo kimi...

Barmaqdan sovrulmuş “faktlar” əsasında Azərbaycan əleyhinə “hesabatlar”ı, COP29-u boykot çağırışı ilə tanınan bu əbləh gözlənilmədən bəyan edib ki, sən demə, Ermənistan həqiqətən Azərbaycan torpaqlarının bir hissəsini işğal edibmiş. Üzdəniraq “artsax respublikası”nın “legitimliyi” ilə bağlı suala cavab olaraq, Okampo ərazinin əsasən azərbaycanlıların yaşadığı torpaqlardan ibarət olduğunu ciddiyə alaraq bildirib: “Azərbaycan torpağı Ermənistanın nəzarəti altında olub. Bu doğrudur. Ermənistan Azərbaycana məxsus ərazini işğal edib. Bu doğrudur”.

Diqqət edin, Okampo beynəlxalq səviyyədə tanınmış ərazimizin bir hissəsini hansısa “artsax”, “dqr”, yaxud mifik “erməni özünü müdafiə ordusu” tərəfindən yox, məhz Ermənistan tərəfdən işğala məruz qaldığını bildirir. Nəhayət ki.

Yaxşı, bəs erməni işğalçılığının bir sonu, cəzası, cavabı, bədəli olmalı deyildi? Azərbaycan görəsən nəyi yanlış edib ki, özünə hüquqşünas deyən bu dələduz bizi cümlə cinayətlərdə suçlayır? Beynəlxalq hüquqdan dəm vuran yaramaz nədən BMT TŞ-nin erməni işğalı ilə bağlı 4 məlum qətnaməsini bircə dəfə olsun dilinə gətirmir, Xocalı, Başlıbel, Meşəli soyqırımlarından danışmır və cinayətkar separatçı ünsürləri riyakarcasına “siyasi məhbus” adlandırır, Bakıya qarşı həyasızcasına sanksiya çağırışları edir?..

ABŞ başda olmaqla Qərb, faşizmin süqutundan sonra Almaniyaya hələ də güclü ordu qurmağa, nüvə silahı yaratmağa icazə vermir. Almanlar az qala, dünənədək ərazisini işğal, özünə zülm etdikləri xalqlara böyük təzminatlar ödəyib. Qarabağdakı erməni icmasının başına gələnlər də məhz qədim Türk torpaqlarında qurulmuş Ermənistanın Azərbaycana əsassız torpaq iddialarının, işğalçılığın nəticələri idi.

Bunun üstündən işğalın və separatizmin kökünü kəsib hərbi caniləri qandallayan (təəssüf, bir çoxu azadlıqda gəzir!), bircə mülki ermənini belə incitməyən, hətta 44 günlük savaşda Ermənistan ərazisinə girməyən (istəsəydi, ordumuz erməni faşizminin yuvası İrəvanadək gedərdi) Azərbaycan dövlətini hansı haqla etnik təmizləmələrdə, soyqırımlarında, başqa ağlasığmaz cinayətlərdə ittiham edir bu zat? Ağzından çıxanı qulağı eşidirmi erməni tulasının?..

Əlbəttə, Azərbaycan Okampo çaplı erməni lobbisindən maaş alan vicdansız “hüquqşünas”-fırıldaqçıların hansısa gecikmiş etiraflarını və ya yalan-palanlarını nəzərə alıb da hərəkət edəcək “banan ölkəsi” deyil. Bunu o və qulluğunda durduğu haylar həmişəlik qulaqlarında sırğa eləsinlər.

Okampoların və onlara “zəhər verən kərtənkələlər”in dövrü bitib!..

Z.SƏFƏROĞLU

01.11.2024 13:38
1286