Ohanyandan sərsəm delimitasiya AÇIQLAMASI

"Azərbaycan delimitasiyanı yalnız özü üçün sərfəli olan yerdə aparacaq".

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentində eyni adlı müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan tərəfindən səslənib.

Ohanyan qurulacaq delimitasiya komissiyasının reqlamentini tənqid edib.

Qeyd edək ki, bununla bağlı imzalanan sənəd Ermənistan Konstitusiya Məhkəməsinə göndərilib və bu məsələyə sentyabrın 24-də baxılacaq.

Ohanyanın iddiasına görə, reqlamentdəki müddəalar Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənərsə, Azərbaycanın Ermənistana təzyiq göstərməsi üçün əsaslar artacaq.

"Orada ən azı iki narahatlıq doğuran (Ohanyana görə, Ermənistan üçün - red.) məqam var. Birincisi, Alma-Ata Bəyannaməsinin bəndinə dəyişiklik edilməsinin mümkünlüyünə, ikincisi isə ayrı-ayrı ərazilərdə delimitasiya və demarkasiyanın aparılması ehtimalına aiddir".

Xocalı qatilinin fikrincə, Bakı İrəvana daha da təzyiq göstərmək üçün Konstitusiya Məhkəməsinin icazəsindən istifadə edəcək.

Musavat.com

16.09.2024 15:35
3942