Ohanyana qarşı ittiham elan olundu  

Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürülüb.

Musavat.com bildirir ki, ittiham 2008-ci il martın 1-i işi üzrə elan olunub.

Baş Prokurorluq bildirib ki, o, vəzifə səlahiyyətlərini zor tətbiq etməklə aşmaqda, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunur.

Bu maddə 4 ildən 8 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Musavat.com

23.01.2025 12:57
1051