Oğuzda mikroavtobus yanıb.
Musavat.com "qafqazinfo"a istinadən xəbər verir ki, hadisə bu gün şəhər ərazisində baş verib.
Belə ki, Etibar Nurəddin oğlu Şükürova məxsus 1 saylı şəhərdaxili marşrut avtobusu hərəkətdə olarkən anidən alışıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Oğuz Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində marşrut avtobusu təmamilə yanıb. Yanğın baş verən anda mikroavtobusda sərnişin olmayıb. Sürücü isə yanğından xilas ola bilib.
Faktla bağlı araşdırma aparılır.