Oğuzda meşə ərazisində yanğın olub

Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi olub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğın söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar ərazidə quru ot örtüyü yanıb.

28.03.2022 18:46
205